Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm ki, Türkiyənin yeri bu məsələnin kökündə, həm ərazidə, həm də danışıqlar masasındadır.

Azeri Defence saytının məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib.

Hulusi Akar deyib: “Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir. Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur.

Rusiyadan geniş bir heyət gələcək. Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş