“Hürkuş-C” təyyarəsi L-UMTAS raketləri ilə atəş açdı

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş” təlim təyyarəsinin silahlı versiyasının atış testi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Konyadakı Karapınar poliqonunda keçirilən test zamanı “Hürkuş-C” ROKETSAN şirkətinin istehsalı olan L-UMTAS lazer başlıqlı tank əleyhinə idarə olunan raket ilə şərti hədəfə döğru atış həyata keçirib.

Milli müdafiə naziri Fikri İşıq, Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak, müdafiə sənayesi katibi İsmail Dəmir və xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə keçirilən atış testi uğurla nəticələnib.

Bununla da hazırda T-129 ATAK helikopterində, quru və dəniz platformalarında istifadə olunan L-UMTAS raketi ilk dəfə sabit qanadlı platformadan atılıb.

Qeyd edək ki, “Hürkuş-C” təyyarəsinin ilk prototipinin silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan L-UMTAS tank əleyhinə idarə olunan raketlə yanaşı lazer başlıqlı “Cirit” raketi və İNS və GPS ilə təchiz olunmuş “Təbər” yeni nəsil lazerli yönləndirmə dəsti (LGK) daxil ediləcək. Təyyarənin üzərində ASELSAN istehsalı olan  ASELFLIR-300 elektro-optik kəşfiyyat və hədəfləmə sistemi də yer alacaq. 5 ədəd xarici yük stansiyası və 1500 kq faydalı yük daşıma qabliyyətinə sahib olacaq “Hürkuş-C” təyyarəsi 2018-ci ildə Silahlı Qüvvələrin istifadəsinə daxil olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş