“Hürkuş-C” təyyarəsinin seriyalı istehsalı başlayır

Türkiyənin TUSAŞ şirkəti “Hürkuş-C” silahlı yüngül təyyarənin seriyalı istehsalına başlayır.

“AzeriDefence”nin məlumatına görə, bu gün IDEF-2017 sərgisi çərçivəsində bununl bağlı Müdafiə Sənayesi Katibliyi və TUSAŞ arasında müqavilə imzalanıb.

Layihə çərçivəsində 12-si planda olmaqla üumilikdə 24 təyyarənin istehsalı planlaşdırılır.

“Hürkuş-C” təyyarələrinə L-UMTAS, “Cirit”, “Təbər”, HGK və LGK kimi yerli istehsal olan sursatlarla yanaşı İNS/GPS yönləndirməli bombalar, həmçinin idarə olunmayan bomba və raketlər ineqrasiya olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş