HÜRKUŞ testləri uğurla keçir

Türkiyənin ilk milli təlim təyyarəsi olan “Hürkuş” noyabr ayının ilk günlərində 8 test uçuşunda ümumilikdə 360 dəqiqə uçuş həyata keçirib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə TAİ şirkəti məlumat yayıb.

Uçuşlarda təyyarə maksimum 10200 fut yüksəkliyə qalxıb və 158 KIAS sürəti yığıb.

Testlər çərçivəsində fərqli sürət və konfiqurasiyalarda təyyarənin qərarlılıq və əsas nəzarət testləri icra edilib. 10, 11 oktyabr və 1 noyabr tarixlərində gerçəkləşdirilən uçuşlarda təyyarənin eniş ayaqlarını açıb-yığma testləri uğurla reallaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş