“Hyundai” Yeni Zelandiya donanmasının ən böyük gəmisini inşa edib

“Hyundai” Yeni Zelandiya donanmasının ən böyük gəmisini inşa edib

Cənubi Koreyanın “Hyundai Heavy Industries” (HHI) şirkəti Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında logistik dəstək gəmisi inşa edib.

Bu barədə “AzeriDefence” “janes” nəşrinə istinadən məlumat verib.

Cənubi Koreyanın Ulsan şəhərindən 15 gün əvvəl yola salınan HMNZS “Aotearoa” (A 11) adlı gəmi iyunun 26-da Yeni Zelandiyanın Oklend limanına çatıb.

“Aotearoa” gəmisi Yeni Zelandiya HDQ-nin “Devonport” dəniz bazasında iyulun sonunda rəsmi istifadəyə veriləcəyi gözlənilir. “Aotearoa” Yeni Zelandiya HDQ-nin köhnə HMNZS “Endeavour” tanker tipli gəmisini əvəz edəcək.

“Aotearoa” gəmisi MSC proqramı çərçivəsində 2016-cı ildə inşasına başlanılıb. Müqavilənin dəyəri 493 milyon NZD (317 milyon ABŞ dolları) təşkil edib. Gəminin uzunluğu 173.2 metr, su basımı 26000 ton təşkil edir.

Məlumatda o da qeyd olunub ki, “Aotearoa” gəmisi Yeni Zelandiya HDQ-nin donanmasında yer alan ən böyük gəmi olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş