IAI daha bir xarici müştəri üçün HAROP-un uçuş nümayişini keçirdi

Israel Aerospace Industries (IAI) şirkəti bu yaxınlarda xarici müştəri üçün İsraildə HAROP hərəkətli sursatının uçuş testini keçirib.

Bu barədə “AzeriDefence” IAI şirkətinin saytına istinadən məlumat verib.

Test zamanı HAROP daha yaxşı manevrliyini, hədəfləri müşahidə və məhv etmək bacarığını nümayiş etdirib. Seçilmiş hədəfi bir neçə saat ərzində müşahidə etdikdən sonra HAROP dəqiq zərbəylə onu məhv edib.

Şirkətin məlumatında bildirilib ki, 15 kq döyüş başlığına sahib olan HAROP şəhər müharibələri və antiterror əməliyyatları, o cümlədən fərqli döyüş ssenarilərində istifadə edilə bilər.

HAROP havaya buraxıldıqdan sonra 6 saat ərzində hədəfləri axtara, stasionar və hərəkətli hədəfləri düz və ya şaquli bucaq altında endirilən dəqiq zərbəylə məhv etmək mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş