IAI pilotsuz uçuş aparatlarının hazırlanması üzrə Akademiya yaradıb

Israel Aerospace Industries (IAI) pilotsuz uçuş aparatlarının hazırlanması üzrə Akademiya yaradıb. “AzeriDefence” saytının “Defense Aerospace”yə istinadən verdiyi məlumata görə, bu təhsil müəssisəsinin yaradılmasında məqsəd pilotsuz uçuş təyyarələrini idarə edən və texniki personalın hazırlanmasıdır. Tədris müəssisində yalnız hərbçilər deyil, həmçinin mülki strukturlarda çalışanlar da təhsil ala biləcək.

Təhsil prosesi simulyator və real avadanlıqlarda aparılacaq. Tədris dövrü yekunlaşdıqdan sonra isə məzunlara istiqamətlər üzrə diplomlar veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş