İbrahim Kalın: Azərbaycan tək deyil, Türkiyənin tam dəstəyinə sahibdir

İbrahim Kalın: Azərbaycan tək deyil, Türkiyənin tam dəstəyinə sahibdir

Ermənistan Azərbaycanın mülki yaşayış yerlərinə hücum edərək atəşkəsi pozub, sülh və sabitliyə qarşı olduğunu bir daha nümayiş etdirib.

Azeri Defence saytının məlumatına görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın özünün “sosial media hesabında bildirib.

“Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını qətiyyətlə qınayırıq”, – deyən İbrahim Kalın bildirib ki, beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatın dərhal dayandırması üçün səsini ucaltmalıdır: “Türkiyə bu hücumların qarşısında Azərbaycanın yanındadır. Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”

KATEQORIYA:
Bu xəbəri paylaş