İdarə olunan “Qasırğa” raketlərinin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə verildi

ROKETSAN şirkəti tərəfindən T-300 “Qasırğa” raket kompleksləri üçün yaradılmış idarə olunan raketlərin ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq “Twitter” səhifəsində məlumat verib.

İdarə olunan raketlər mövcud 300 mm çaplı raketlərlə müqayisədə daha uzaq mənzildə hədəfləri məhv etməyə imkan verir. Yeni raket ROKETSAN-ın öz imkanları hesabına hazırlanıb. ROKETSAN eyni zamanda 122 mm çaplı raketlərin idarə olunan versiyasını hazırlayıb.

T-300 “Qasırğa” kompleksinin atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 idarə olunan raketlərlə 120 km-dir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır.

Image-1

IMG_20161118_152326

IMG_20161118_152306

IMG_20161118_155348

KATEQORIYA:
Bu xəbəri paylaş