IDEAS-2012 sərgisinə hazırlıq işləri davam edir

Noyabrın 7-dən 11-dək Pakistanın Kəraçi şəhərində keçiriləcək IDEAS-2012 beynəlxalq müdafiə sərgisi və seminarına hazırlıq işləri davam edir. Bu barədə “AzeriDefence” sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Müxtəlif ölkələrindən silahlı qüvvələrin səlahiyyətliləri və məmurların qatılacağı sərgidə 100 yerli və 69 xarici şirkət sentyabrın 20-dək öz iştirakını təsdiq edib.

Pakistan Müdafiə İxracının Təşviqi Təşkilatının (DEPO) baş direktoru, general-mayor Tahir Əşrəf Xanın sözlərinə görə, sərgidə iştirakın stimullaşdırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Sərgiyə gələcək xarici iş adamlarına Pakistanın hava limanlarında 30 günlük viza veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş