IDEAS 2012

Pakistanın Kəraçi şəhərində hər 2 ildən bir keçirilən IDEAS 2012 beynəlxalq müdafiə sərgisi və seminarı Pakistan Silahlı Qüvvələrinin və Hökumətinin hamiliyi altında təşkil olunur. Bu ilki açılış mərasimində Pakistanın Baş Nazirinin və baş Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədrinin iştirakı planlaşdırılır.7-11 noyabr 2012

Sonuncusu 2008-ci ildə keçirilən IDEAS-ın 2010-cu ilə planlaşdırılmış buraxılışı Pakistanda yaşanmış dəhşətli sel fəlakəti ilə əlaqədar olaraq təxirə salınıb. Növbəti keçirilmə tarixi 7-11 noyabr 2012-ci il təyin edilib.

Sərgi çərçivəsində təşkil olunan seminarda ən son texnologiyalar barədə məlumatlar verilir, müxtəlif cari mövzulara dair fikir mübadilələri aparılır.

IDEAS sərgisi həm Pakistan hərbi sənaye kompleksinin, həm də dünyanın müxtəlif ölkələrindən şirkətlərin Cənub-Şərqi Asiya regionunda özünü tanıtması baxzımından böyük əhəmiyyət daşıyır.

Sərginin web ünvanı

www.ideaspakistan.gov.pk

KATEQORIYA:
Bu xəbəri paylaş