IDEF-2013 sərgisinə hazırlıq davam edir

Türkiyə Suriya və İsrail istisna olunmaqla 122 ölkəyə dəvət göndərib2013-cü ilin may ayında İstanbulda keçiriləcək IDEF-2013 beynəlxalq müdafiə sərgisinə 122 ölkə dəvət olunub. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə sərginin təşkilatçısı – Türk Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun baş direktoru Hayrettin Uzun məlumat verib.

Sərgiyə Suriya və İsrail dəvət olunmayıb. İlk dəfə olaraq Fransa, Kanada və İrana iştirak üçün dəvət göndərilib.

H. Uzun bildirib ki, bu dəfəki sərgidə şirkətlərə texniki məhsul tanıtmaq fürsəti veriləcək. Arzu edən şirkətlər 30 dəqiqə müddətində hansısa bir məhsulunu tanıda biləcək. Sərgidə həmçinin ilk dəfə olaraq ən yaxşı stendin seçimi üçün jüri formalaşdırılacaq və ən yaxşı stendə mükafat veriləcək.

Xatırladaq ki, IDEF-2013 sərgisi may ayının 7-dən 10-dək İstanbulda təşkil olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş