IDEX-2021: Mədət Quliyev Serbiyanın müdafiə naziri ilə görüşüb

IDEX-2021: Mədət Quliyev Serbiyanın müdafiə naziri ilə görüşüb

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisinin ikinci günündə Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanovicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev nazirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycanın Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Nazir Nebojsa Stefanovic Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş