IDEX-2021: “Rostex” yeni silah və hərbi texnikalarını nümayiş etdirir

IDEX-2021: “Rostex” yeni silah və hərbi texnikalarını nümayiş etdirir

Rusiyanın “Rostex” Dövlət Korporasiyası 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən İDEX-2021 beynəlxalq müdafiə sərgisində silah və hərbi texnikalarını nümayiş etdirir.

Bu barədə “Poliqon” saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

IDEX-2021 sərgisində “Rostex” Dövlət Korporasiyasına daxil olan “Uralvaqonzavod”, “Kalaşnikov”, “Texnodinamika”, “Şvabe”, “Avtomtika” və “Roselektronika” da daxil olmaqla aparıcı şirkətlərin məhsulları nümayiş etdirilir.

Sərgidə ilk dəfə T-14 “Armata” tankının təqdimatı keçirilir. Xarici müştərilər arasında T-14 “Armata” tankına böyük maraq olduğu bildirilib. T-14 “Armata” İkinci dünya müharibsindən sonra istehsalına başlanan tankların üçüncü nəsili hesab olunur. “Armata” son texnologiyadan istifdə edərək ekipaj üzvlərinin birbaşa iştirakı olmadan bir sıra işlərin yerinə yetirilməsində istifadə oluna bilər.

IDEX-2021-də “Uralvaqonzavod” konserninin modernləşdirdiyi UBİM mühəndis texnikası da təqdim olunub. UBİM eyni anda bir neçə funksiyanı birləşdirən və təchiz olunduğu zireh sayəsində düşmən atəşi altında işləyə bilən çox yönümlü texnikadır.

Sərgidə “Rostex” stendində təqdim olunan məhsulları arasında “Pantsir-S1M” zenit-raket kompleksi, BT-ZF zirehli personal daşıyıcısı da yer alıb. Həmçinin “Kalaşnikov” konserni tərəfindən AK-12 avtomatının ixrac versiyası olan 56×45 mm-lik patronlardan istifadə edən AK-19 avtomatı, o cümlədən MP-155 tüfəngi sərgini ziyarət edənlərə nümayiş etdirilib.

Bundan başqa, “Kalaşnikov” Konserni tərəfindən yeni texnologiya və materialların tətbiq ilə hazırlanan “Xaska-10” hava yastıqlı gəmi ilk dəfə xaricdə sərgilənir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş