“İdrak” şirkəti Azərbaycanın PUA istehsalçıları sırasına qoşulur

“İdrak” şirkəti Azərbaycanın PUA istehsalçıları sırasına qoşulur

“İdrak Texnoloji Transfer” şirkəti tərəfindən pilotsuz uçuş aparatının (PUA) nümunələri hazırlanıb.

“AzeriDefence”nin məlumatına görə, şirkətin mütəxəssisləri tərəfindən dizayn edilmiş və proqram təminatı hazırlanmış sabit qanadlı taktik PUA dekabrın 3-dən 6-dək Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel-2019” beynəlxalq sərgisində nümayiş etdirilib.

Pilotsuz platformaların yaradılması işlərinə son bir ildə diqqət yetirildiyini qeyd edən “İdrak” şirkətinin mütəxəssislərinin sözlərinə görə, sabit qanadlı PUA-nın dizaynı, proqram təminatı və idarəetmə sistemlərinin əsas hissələri yerli olaraq hazırlanıb.

4.6 lt həcmə malik daxiliyanma mühərriki ilə təchiz edilmiş sabit qanadlı PUA xəritəçəkmə, axtarış-xilasetmə, hərbi sahədə sərhəd nəzarəti, kəşfiyyat və s. istifadəsi üçün nəzərdə tutulur. PUA-nın uçuş radiusu telemetriya üzrə 100 km, avtomatik rejimdə maksimim 1000 km təşkil edir. İyirmi saatadək uçuş müddətinə sahib PUA-nın minimal sürəti 68 km/saat, maksimal sürəti isə 160 km/saatdır.

On kq faydalı yükdaşıma qabiliyyətinə malik PUA termal kamera, TV kamera, həmçinin, ehtiyacdan asılı olaraq, platforma SAR radarı və LiDAR ilə təchiz oluna bilər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş