“İdrak” şirkəti “gələcəyin əsgəri”nin təchizatını hazırlayır – EKSKLÜZİV

“İdrak” şirkəti “gələcəyin əsgəri”nin təchizatını hazırlayır – EKSKLÜZİV

Azərbaycanın “İdrak Texnoloji Transfer” şirkəti “gələcəyin əsgəri” təchizat dəstinin yaradılması layihəsi üzərində işləyir.

Təmsili foto

Bu barədə “Azeri Defence” jurnalına eksklüziv müsahibəsində “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev məlumat verib.

Son bir neçə ildə müdafiə sənayesi sahəsində də araşdırma və tədqiqatlara başlayan “İdrak”ın üzərində işlədiyi layihələrdən birinin də “gələcəyin əsgəri” təchizat dəstinin yaradılması olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, layihədə informasiya texnologiyaları ağırlıq təşkil edir.

“Sadəcə məlum koronavirus pandemiyası digər işlər kimi bu layihədə də müəyyən ləngimələrə səbəb oldu. Düşünürəm ki, vəziyyət düzələrsə, sentyabr ayında Bakıda keçiriləcək ADEX sərgisində o sistemin ilk prototipini nümayiş etdirəcəyik”, – deyə Hikmət Abdullayev vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş