“İdrak”dan hərbi və mülki məqsədlər üçün mini dron

“İdrak”dan hərbi və mülki məqsədlər üçün mini dron

“İDRAK Texnoloji Transfer” şirkəti müxtəlif mülki və hərbi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş kompozit materiallardan kiçik ölçülü dron hazırlayıb.

Bu barədə “AzeriDefence”ə “İDRAK Texnoloji Transfer” şirkətindən məlumat verilib.

Dron mərkəzi prosessor, GPS, giroskop, barometr, akselerometr, wi-fi və başqa bu kimi müxtəlif texnologiyalarla təchiz olunub.

“Dron təhlükəsiz uçuş proqramları ilə təchiz edilmişdir. Batareyanın enerjisi tükənməyə başlayırsa, dron operatoru xəbərdar edir və enerji sıfıra yaxınlaşdıqda, nəzarət sistemi dronu başlanğıc nöqtəsinə yönəldir. Həmçinin, təhlükəsizlik proqramı, dronun idarəetmə konsolunun əhatə dairəsindən kənarına keçməməsini təmin edir”, – deyə şirkətdən bildirilib.

Dronun maksimum çəkisi faydalı yüklə birlikdə 1.5 kq, maksimal qalxma sürəti 20km/saat, maksimal sürəti 60km/saat, əlaqə uzaqlığı 1 km, uçuş hündürlüyü 120 m, maksimal uçuş müddəti 20 dəqiqədir. Dron 4 ədəd E-Max 2216 810KV mühəddiklə təchiz olunub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş