İdris İsmayılov: Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

İdris İsmayılov: Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək

İşğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri intensiv şəkildə həyata keçirilir. İlk növbədə humanitar dəhlizlərin açılması, ikinci yaşayış məntəqələrinin, insanların daha çox məskunlaşdığı ərazilərə atılmış raket və mərmi qalıqlarının aradan götürülməsi və üçüncü isə mina maarifləndirilməsidir.

“Azeri Defence”nin məlumatına görə, bu fikirləri ANAMA-nın Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən mətbuat konfrasında deyib.

İdris İsmayılov qeyd edib ki, hazırda Tərtər rayonu ilə Suqovuşan kəndini birləşdirən avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi işləri aparılır və indiyə qədər 10 kilometrlik bu yolun 8 kilometrdən çoxu təmizlənib.

“Bu günə kimi 206 ədəd mina və PHS aşkar edilərək götürülüb. Bunlardan 76 ədəd tank əleyhinə mina, 118 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə minanın partladıcısı və 6 ədəd müxtəlif növ PHS götürülərək zərərsizləşdirilib. Artıq 10 gün ərzində əməliyyat axtarış tədbirlərimiz davam etdirilir. Yaxın 2-3 gün ərzində əməliyyat axtarış tədbirləri tam olaraq yekunlaşacaq və yolun bərpası aidiyyəti üzrə təhvil veriləcək”, – deyə Operativ Qərargah rəisi vurğulayıb.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş