“İhasavar” antidron sisteminin Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam edir

“İhasavar” antidron sisteminin Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam edir

ASELSAN şirkətinin istehsalı olana “İhasavar” antidron sisteminin Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam edir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənaye Komitəsinin (SSB) rəsmi sosial media hesabında bildirilib.

ASELSAN şirkətinin multikopterlərə qarşı hazırladığı “İhasavar” kürəkdə daşına bilən jammerə bağlı üzərində anten yerləşdirilmiş avtomat bənzəri silahdan ibarətdir.

Sistem işə salınarkən multikopterə tuşlanır və jammer istiqamətlənmiş antena vasitəsi ilə dronun siqnallarını qarışdırır. Beləliklə dron yerə endirilir.

Əldə daşınan sistem uzaq məsafədən “DJİ Phantom”, “DJİ İnspire-2” və digər PUA-ları endirməyə imkan verir.

Qeyd edək ki, Azərbaycan ASELSAN şirkətinin “İhasavar” və İHTAR antidron sistemlərinin ilk xarici sifarişçisi və istifadəçisidir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş