İkinci Dünya Müharibəsində iştirak etmiş azərbaycanlı qadınlar barədə kitab nəşr olunub

İkinci Dünya Müharibəsində iştirak etmiş azərbaycanlı qadınlar barədə kitab nəşr olunub

İkinci Dünya Müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan qadınlarına həsr edilmiş “İgid oğullarla bir cərgədə” adlı ensiklopetik toplu nəşr olunub.

Bu barədə “Azeri Defence”ə Respublika Veteranlar Təşkilatından məlumat verilib.

Sabir Gəncəli (Məmmədov) tərəfindən hazırlanmış kitab Respublika Veternlar Təşkilatının dəstəyi ilə işıq üzü görüb. Kitabda müharibədə qəhrəmanlıq göstərmiş Azərbaycan qadınları, onların döyüş yolları və qəhrəmanlıqları barədə məlumatlar yer alır.

Kitabın elmi redaktoru Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovdur.

KATEQORIYA:
Bu xəbəri paylaş