İl-476 yazda havalanır

İl-476 hərbi-nəqliyyat təyyarəsinin ilk uçuşunun həyata keçirilməsi bu ilin yazına planlaşdırılır. “AzeriDefence” saytının məlumatına görə, İl-76MD-nin müasirləşdirilmiş versiyası olan İl-476-nın ilk nümunəsi “Ulyanovsk Aviasiya Zavodu”nda istehsal olunub və 2011-ci ilin dekabrında nümayiş etdirilib. Təyyarənin rəsmi nümayişi isə bu ilin sonlarına planlaşdırılır.

Yeni təyyarə gücləndirilmiş qanadlar, şassi təkərlərinin modernləşdirilməsi, yeni PS-90А-76 markalı mühərrik, rəqəmsal bort radioelektron qurğuları ilə təchiz olunub. Təyyarənin çəkisi 60 tondur. Bundan başqa təyyarənin uçuş məsafəsi 27% uzadılıb, yanacaq sərfiyyatı isə 18% azaldılıb.

Yeni təyyarə qəbul ediləndən sonra “Ulyanovsk Aviasiya Zavodu” İl-76 təyyarələrinin istehsalını dayandırmağı planlaşdırır.

Qeyd edək ki, İl-476 hərbi-nəqliyyat təyyarəsinin mülki versiyası olan İl-76-90A-nın istehsalına isə 2015-ci ildə başlanması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş