İl-76MDM hərbi-nəqliyyat təyyarəsinin sınaqlarına başlanılıb

Modernləşdirilmiş İl-76MDM hərbi-nəqliyyat təyyarəsinin sınaqlarına başlanılıb.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, “İlyuşin adına Aviasiya Kompleksi”ndən bildirilib ki,  modernləşmədən sonra təyyarənin il sınaqları bu ilin fevralında keçirilib. Bu dəfə isə təyyarə bütün bütün meyarlar üzrə sınaq mərhələlərini keçəcək.

Sınaqlar uğurla başa çatarsa və təyyarə Hərbi Kosmik Qüvvələrin texnika parkına alınarsa, bu modeldən digər məqsədlərdə istifadə üçün də istifadə ediləcək. Bu məqsədlə əlavə modernləşmə işlərinə başlanılacaq.

 

Qeyd edək ki, İl-76MDM İl-76 təyyarəsinin bazasında yaradılıb. indiyə kimi təyyarə hərbi-nəqliyyat vasitəsi olaraq bir çox məqsədlər üçün istifadə edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş