“İldırım-RP10” silahlanmaya tövsiyə olunub

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Azeltech” şirkəti ilə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının birgə hazırladığı “İldırım-RP10” sisteminin silahlanmaya qəbulu məqsədəuyğun hesab edilib.

Məhsulun son hazır nümunəsi Müdafiə Nazirliyinin müvafiq dövlət məktubuna əsasən sentyabrın 13-dən 19-dək keçirilmiş hərbi təlimlərdə real ərazi şəraitində istifadə edilib.

Maksimal distansiya, mürəkkəb relyef (dağ-meşə, qayalıq ərazilərdə), gecə vaxtı və çətin radioelektron mübarizə mühitində keçirilən təlimlərdə “İldırım-RP10” cihazı qarşıya qoyulmuş tələblərə tam cavab verib və texniki parametrlərinə görə, potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib.

“İldırım-RP10” məsafədən partlatma sistemi açıq ərazidə 7000 metr, dağlıq ərazidə isə 3000 metr uzaqlıqdan minaların idarəsini və partladılmasını təmin edir.

KATEQORIYA:
Bu xəbəri paylaş