İlham Əliyev: Bizim müasir silahlarımız var və onları döyüş meydanında nümayiş etdiririk

İlham Əliyev: Bizim müasir silahlarımız var və onları döyüş meydanında nümayiş etdiririk

“Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var”.

“Azeri Defence” saytının məlumatına görə, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində Azərbaycanın BMT-nin kasetli silahları haqqında konvensiyasını niyə imzalamadığın dair suala cavabında bildirib.

Dövlət başçısı deyib: “Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş