İlham Əliyev: Dağlıq Qarabağda etnik təmizləmə aparan Ermənistanı heç kim bunda günahlandırmayıb

İlham Əliyev: Dağlıq Qarabağda etnik təmizləmə aparan Ermənistanı heç kim bunda günahlandırmayıb

Sovet dövrünün statistikasına görə, 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində əhalinin demək olar ki, 25 faizi, 40 min nəfəri azərbaycanlılar idi. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar.

“Azeri Defence” saytının məlumatına görə, Prezident İlham Əliyev bu faktları İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi etnik təmizləmədən danışarkən söyləyib.

“Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi.

İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə – 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər”, – deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı deyib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər: “Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər”.

KATEQORIYA:
Bu xəbəri paylaş