İlham Əliyev: Vasitəçilik missiyasında, ilk növbədə, Türkiyə və Rusiyanın iştirak etməyə haqqı var

İlham Əliyev: Vasitəçilik missiyasında, ilk növbədə, Türkiyə və Rusiyanın iştirak etməyə haqqı var

Döyüş əməliyyatlarının lap əvvəlindən deyirdik ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək.

Azeri Defence saytı xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində səsləndirib.

“İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik.

Eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş