İlham Əliyev Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlığa dair sazişi təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına əsasən verdiyi xəbərə görə, bu fərmanla Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etməsi tapşırılıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş