İlham Əliyev: “Azərbaycan yeni silahların alınması üçün Rusiya ilə danışıqlar aparır”

“Azərbaycan yeni və müasir silahların alınması üçün Rusiya ilə danışıqlar aparır”.

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.

O bildirib ki, Rusiyanın hərbi sənayesinin inkişaf etdiyi məlumdur. Biz də yeni satınalmalarla bağlı danışıqlar aparırıq:

“Azərbaycan ən müasir hərbi texnikalara və yeniliklərə maraqlıdır. Buraya helikopterlər və müdafiə sistemləri kompleksləri aiddir”.

İ. Əliyevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında hərbi texniki əməkdaşlığa dair yeni müqavilələrin imzalanması prosesi gözləniləndir:

“Məlumdur ki, bununla bağlı iki ölkə arasında 5 milyard dollar dəyərində müqavilə imzalanıb. Razılaşmanın böyük hissəsi realizə olunub”.

KATEQORIYA:
Bu xəbəri paylaş