İlham Əliyev Azərbaycanın İslam Hərbi Koalisiyası ilə bağlı mövqeyini açıqlayıb

Prezident İlham Əliiyev Azərbaycanın İslam Hərbi Koalisiyasına qoşulması ilə bağlı xəbərlərə münasibət bildirib.

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.

İ. Əliyev bildirib ki, Azərbaycan İslam Hərbi Koalisiyasına hələ qoşulmaq niyyətində deyil.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan hökumətinin İslam Hərbi Koalisiyasına daxil olmaq haqda qərar qəbul etdiyinə dair xəbərlər yayılmışdı. Məlumatda bildirilmişdi ki, Azərbaycanla yanaşı Tacikistan və İndoneziya da koalisiyaya daxil olunmaları ilə bağlı qərar veriblər.

Qeyd edək ki, İslam Hərbi Koalisiyası 2005-ci ildə Malayziyanın baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Ancaq koalisiya 2015-ci ilin dekabrında Səudiyyə Ərəbistanının təklifi ilə reallaşıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş