İlham Əliyev DCNS şirkətinin prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.

“AzeriDefence”nin AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirilib. Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edilib və Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş