İlham Əliyev: “Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq”

Ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev 28 may – Respublika günü münasibətiylə keçirilən rəsmi qəbuldakı çıxışı zamanı bildirib.

Bu gün Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olduğunu qeyd edən İ. Əliyev Beynəlxalq reytinqlərin də bunu göstərdiyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir: “Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir”.

İ. Əliyev onu da bildirib ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazır və qadirdir. Keçən ilin aprel döyüşləri bunu göstərdi.

“Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq”, – deyə dövlət başçısı qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş