İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib  

“AzeriDefence”nin Prezidentin rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, dövlət başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Tinatin Xidaşeli ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Bu gün Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Azərbaycanın Baş naziri Artur Rəsizadə də qəbul edib.

KATEQORIYA:
Bu xəbəri paylaş