İlk ATAK-lar silahlanmaya qəbul edildi

Türkiyənin TAI şirkəti tərəfindən istehsal edilən ilk yerli zərbə helikopteri T-129 ATAK Silahlı Qüvvələrə təhvil verilib. “AzeriDefence”nin məlumatına görə, helikopterlərin Silahlı Qüvvələrə təhvil verilməsi münasibəti ilə keçirilən tədbirdə prezident Abdullah Gül, baş nazir Rəcəp Tayyip Ərdoğan, Böyük Millət Məclisinin sədri Cəmi Çiçək, Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, eləcə də hökumət üzvləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, 2007-ci ilin sentyabr ayında Müdafiə Sənayesi Katibliyi ilə TAI arasında imzalanmış müqavilə çərçivəsində Quru Qoşunlarının ehtiyac duyduğu hücum və kəşfiyyat təyinatlı 50 ədəd T-129 ATAK helikopterinin tədarükü planlaşdırılır. Həmin helikopterlərdən ilk üçünün qəbulu prosesi tamamlanaraq Quru Qoşunlarının inventarına daxil olub. Helikopterin 42 fərqli avionika və silah sistemi Türkiyə şirkətləri tərəfindən istehsal olunur.

Baş nazir Rəcəp Tayyip Ərdoğan çıxışında qeyd edib ki, artıq bununla Türkiyə helikopter alan ölkədən helikopter satan ölkəyə çevrilir. Türkiyə bu helikopterləri digər ölkələrə ixracını həyata keçirəcək.

Türkiyə müdafiə sənayesinə uğurlar arzulayan prezident A. Gül isə qeyd edib ki, 1974-cü il Kipr olayları Türkiyəyə müdafiə sektorunda xaricdən asılı olmamağı öyrədib.

ATAK-ın möhtəşəm şousu:

Video link: http://webtv.hurriyet.com.tr/2/65259/0/ataktan-muthis-sov

KATEQORIYA:
Bu xəbəri paylaş