IMI-dən T-72, T-80 və T-90 tankları üçün çoxməqsədli döyüş sursatı

Israil Military Industries (IMI) şirkəti T-72, T-80 və T-90 tanklarında istifadə üçün 125 mm-lik yeni çoxməqsədli döyüş sursatı yaradıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə şirkətin saytında yayılan məlumatda qeyd olunub.

IMI-nin təqdim etdiyi 125 mm-lik HE-MP-T (High-Explosive Multi-Purpose Tracered) tipli M710 mərmisi şəhər şəraitində döyüşlər nəzərdə tutulur. Bu mərmi müxtəlif hədəfləri (bunkerlər, nəqliyyat vasitələri və istehkamlar daxil olmaqla) məhv etmək üçün işlənib hazırlanıb.

M710-un 3 növü vardır. PDD (Point Detonation Delayed) tipli mərmi hədəflərin daxilinə nüfuz edərək partlayır. Bu mərmi bunkerlərə, ikiqat dəmir beton divarları, yüngül zirehli nəqliyyat vasitələrini vurmaq üçün hazırlanıb. PD (Point Detonation/Super Quick) və Air Burst isə piyadalara qarşı nəzərdə tutulur. Bu mərmilər eyni zamanda dəmir betor maneələrdən piyadalara yolun açılmasında istifadə edilə bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş