İMİ “Lynx” reakttiv yaylım atəş sisteminin yeni versiyasını hazırlayır

Israel Military Industries (IMI) şirkəti “Lynx” reaktiv yaylım atəş sistemi ailəsinə “Lynx-Light” adı verilən daha bir sistemi əlavə etməyə hazırlaşır. Bu barədə “AzeriDefence” xarici hərbi mediaya istinadən məlumat verib.

Yeni sistemin raket buraxıcısı Lynx AMPARMLS 4×4 təkər formuluna malik avtomobil üzərinə qurulacaq. Sistem hal-hazırda konsepsiya mərhələsindədir.

İMİ-nin AMPARMLS sistemi 122 mm-dən 370 mm-dək müxtəlif idarə olunmayan və taktik idarə olunan raketləri buraxa bilər. Raketlərin miqdarı onların ölçüsündən asılıdır. Məlumatlara görə, hər konteynerə 13 ədəd 160 mm-lik raket yerləşdirə bilər.

Ehtimallara görə, “Lynx-Light” “AM General” şirkətinin HMMWV platformasına əsaslanacaq. Avtomobilin arxa hissəsində qurğu və dönüş dayağı qurulacaq. Atış komandaları uzaqdan yerinə yetiriləcək.

160 mm-lik raketlərin maksimal mənzili 40 km təşkil edir. Yeni sistem ACCULAR kimi yüksək dəqiqlik raketləri də qəbul edə bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş