İncirlikdə alman təyyarələrinin istifadəsi üçün yeni aerodrom inşa olunur

Türkiyə və Almaniya Silahlı Qüvvələri arasında “İncirlik ” bazasında, Suriyaya yaxın bölgədə alman “Tornado” döyüş təyarələrinin istifadə edəcəyi aerodrom tikilməsinə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aerodromda Almaniya döyüş təyyarələrinin istifadəsi üçün nəzərdə tutulan uçuş sahəsi, əsgərlərin qalacağı yerlər və tam təchizatlı komanda mərkəzi tikiləcək.

“Tornado” döyüş təyyarələri və tanker təyyarələrin enib-qalxacağı uçuş zolaqlarının inşasına 10 milyon avro xərclənəcək. 15 milyon avroya isə 400 alman əsgərinin qalması üçün bina tikiləcək. Bundan başqa 34 milyon avroya “Tornado” və tanker təyyarələrinin istiqamətləndiriləcəyi tam təchizatlı idarəetmə mərkəzinin inşası planlaşdırılır.

Aerodromda 4,5 milyon avroya əsgərlərin istifadə edəcəyi sosial obyektlər yer alacaq. Ümumilikdə 65 milyon avroya başa gəlməsi nəzərdə tutulan İnşa işlərinin çoxunun 2017-ci ilin yazına qədər başa çatdırılacağı nəzərdə tutulur.

KATEQORIYA:
Bu xəbəri paylaş