İndoneziya da Norveçdən NASAMS zenit-raket kompleksləri alır

Oktyabrın 31-də İndoneziya Müdafiə Nazirliyi ilə Norveçin “Kongsberg” şirkəti arasında NASAMS hava hücumundan müdafiə sistemlərinin alğı-satqısına dair müqavilə imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda məlumatı İndoneziya Müdafiə Naziliyi yayıb.

Məlumatda müqavilənin dəyəri 77 milyon ABŞ dolları olduğu göstərilsə də,  çatdırılacaq NASAMS zenit-raket komplekslərinin (ZRK) konkret olaraq sayı açılanmayıb.

NASAMS kompleksi Norveç Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilib. Bu kompleksdən ilk dəfə, 2000-ci ildə Norveç və 2004-ci ildə ABŞ hava hücumundan müdafiə qoşunlarında istifadə olunub. Kompleks Niderland, İspaniya, Çili, Finlandiya və son vaxtlar Oman tərəfindən də sifariş olunub.

2017-ci ilin aprelində NASAMS-ın alınması barədə Avstraliya hökuməti qərar qəbul edib. Bununla yanaşı, 2017-ci il oktyabrın 26-da Litva Müdafiə Nazirliyi NASAMS komplekslərinin alınması ilə əlaqədar “Kongsberg” şirkətiylə dəyəri 110 mln. avro olan müqavilə imzalayıb.

Qeyd edək ki, “Kongsberg” və ABŞ-ın “Raytheon” şirkətinin birgə istehsal etdiyi NASAMS son illərdə NATO-da ən çox satılan hava hücumundan müdafiə sistemi hesab olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş