İndoneziya HDQ-nin yeni freqatları silahlandırılıb

İndoneziya HDQ-nin yeni freqatları silahlandırılıb

İndoneziya Hərbi Dəniz Qüvvələrinin SIGMA 10514 PKR və KRI 332 sinifli freqatlarına quraşdırılan silah sistemlərinin sınaqları tamamlanıb.

Bu barədə “AzeriDefence”yə “Damen Schelde Naval Shipbuilding” şirkətindən məlumat verilib.

Modul konstruksiyalı freqatlar Hollandiyanın “Damen” və İndoneziyanın PT PAL gəmiqayırma zavodu tərəfindən birgə inşa edilib.

Freqatlar VL MICA zenit raket kompleksi, uzaqdan idarə olunan torpeda aparatı, o cümlədən torpedo əleyhinə sistem, hava və dəniz təhdidlərinə qarşı 35 mm-lik döyüş modulu və digər silah sistemləri ilə komplektləşdirilib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş