İndoneziya hərbi şirkətləri Bakıdadır

İndoneziya Müdafiə Nazirliyinin əməkdaşlarının və müdafiə sənayesi sektorunda fəaliyyət göstərən iki böyük hərbi şirkətinin nümayəndə heyəti Bakıya gəlib. “AzeriDefence”nin əldə etdiyi məlumata görə, nümayəndə heyətində Pindad və Stritex firmalarının rəhbərləri təmsil olunurlar.

Səfər çərçivəsində İndoneziya nümayəndə heyətinin Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirliklərində görüşləri planlaşdırılır. Nümayəndə heyəti eyni zamanda MSN–in müəssisələrində istehsal olunan məhsullarla tanış olacaqlar.

Görüşlərdə əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş