İndoneziya işlənmiş tank alımında Hollandiyadan imtina etdi

İndoneziya Hollandiya Ordusunun tərkibindən 80 ədəd istifadə olunmuş “Leopard” tankının alınmasına dair sifarişini ləğv edərək Almaniya ilə anlaşıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə İndoneziyanın “Jakarta Post” xəbər yayıb.

İndoneziya hökuməti artıq bununla bağlı Almaniya ilə müqavilə bağlamağa qərar verib. Ümumilikdə İndoneziya Almaniyadan 100 tank alacaq və birinci 15 maşın bu ilin oktyabrında Cakartaya çatdırılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş