İndoneziya müdafiə xərclərini artırır

İndoneziya müdafiə xərclərini artırır

İndoneziya Silahlı Qüvvələri üçün satınalmaların prioritet olaraq təyin olunduğu 2021-ci ilin müdafiə xərclərinə güclü bir artım təklif edilib.

Bu barədə “AzeriDefence” “Janes” nəşrinə istinadən məlumat verib.

İndoneziya parlamentinə təqdim olunan büdcə təklifləri təsdiqlənərsə Müdafiə Nazirliyinin 2021-ci maliyyə ili üçün təxminən 150 trilyon İDR (10.6 milyard ABŞ dolları) ayrılacaq.

İndoneziya Müdafiə Nazirliyinin 2021-ci ilin satınalma proqramına silah-sursat, zirehli texnika və hərbi gəmilərin alınması, o cümlədən hərbi təyyarələrin təkmilləşdirilməsi və ya yeniləri ilə dəyişdirilməsi daxildir.

Ölkənin modernləşdirmə hədəfləri arasında Türkiyənin FNSS şirkəti ilə İndoneziyanın “PT Pindad” şirkətinin hazırladığı “Harimau” (“Kaplan MT”) orta ağırlıqlı tankının alınması da var.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş