İndoneziya MV-22 “Block C Osprey” təyyarələri alır

İndoneziya MV-22 “Block C Osprey” təyyarələri alır

ABŞ Dövlət Departamenti İndoneziya Hökümətinə MV-22 “Block C Osprey” hərbi nəqliyyat təyyarəsinin satışına razılıq verib.

Bu barədə “Azeri Defence” hərbi-texnoloji saytı ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə istinadən məlumat verib.

İndoneziya Silahlı Qüvvələrinin sifarişi əsasında “Boeing” və digər şirkətlərlə həyata keçiriləcək satınalmanın dəyəri təxminən 2 milyard ABŞ dolları təşkil edir.

Xarici Hərbi Satış proqramı çərivəsində İndoneziya Ordusuna 8 ədəd vertikal uçuş və eniş imkanlarına malik MV-22 “Block C Osprey” hərbi nəqliyyat təyyarəsinin və müvafiq avadanlıqlarının tədarükü planlaşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş