İndoneziya Rusiyadan 10 ədəd “Su-35” təyyarəsi alır

İndoneziya Rusiyadan 10 ədəd “Su-35” qırıcı təyyarəsi alır.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın “Rostex” şirkətinin Beynəlxalq Əməkdaşlıq və Regional Siyasət Departamentinin direktoru, İndoneziyaya “Su-35” qırıcılarının tədarükü ilə bağlı rəsmi razılığa gəldiklərini deyib. Direktor bildirib ki, iki ölkə arasında saziş bu il ərzində imzalanacaq.

Hazırda “Su-27” və “Su-30” qırıcılarına malik olan İndoneziya 10 ədəd “Su-35” qırıcısı əldə etməklə hava qüvvələri güclərini artırmağı planlaşdırır.

Rəqəmsal idarəetmə və yeni radar sistemi ilə təchiz olunan “Su-35” qırıcıları, İndoneziyanın F-5 “Tiger” təyyarələrinin yerinə keçəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş