İndoneziyanın Azərbaycandakı səfiri DSX-də olub

İndoneziyanın Azərbaycandakı səfiri Xusnan Bey Fanani Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə görüşüb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə İndoneziyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında münasibətlərin inkişaf imkanları, habelə Azərbaycanda döyüş idman növləri, xüsusilə İndoneziyanın milli döyüş sənəti olan pençak-silat döyüş idmanı növünün inkişafına dair məsələlər müzakirə olunub.

Səfir bildirib ki, Azərbaycanda bu gün adıçəkilən idman növü üzrə 31 məşqçi və 5000 şagird məşğul olur.

E.Quliev isə ğz növbəsində bildirib kii, Azərbaycanda bu idman növünün inkişafı üçün səylər davam etdiriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş