“İndra Sistemas” şirkəti Özbəkistanın aeronaviqasiya sistemini quracaq

“İndra Sistemas” şirkəti Özbəkistanın aeronaviqasiya sistemini quracaq

İspaniyanın “İndra Sistemas” şirkəti Özbəkistanın aeronaviqasiya sistemini quracaq.

Bu barədə “AzeriDefence”ə “İndra Sistemas” şirkətindən məlumat verilib.

“Uzaeronavigasiya” şirkəti ilə imzalanmış müqaviləyə əsasən “İndra Sistemas” şirkəti Daşkənd və Səmərqənd hava limanlarınının uçuşa nəzarət mərkəzini, Buxara və Urgənç hava limanlarında terminal nəzarət mərkəzlərinin yenilənməsini həyata keçirəcək. Bundan başqa, müqavilə çərçivəsində şirkət “Uzaeronavigasiya”ya hava hərəkətinin idarəedicilərinə təlimlərin keçirilməsi üçün simulyator da təqdim edəcək.

Şirkət bundan başqa Səmərqənd Beynəlxalq Hava Limanında radar stansiyası quracaq, İdarəetmə Mərkəzi və qüllə şirkətin səsli rabitə sistemləri və HF və VHF radiostansiyaları ilə təchiz olunacaq. Hava limanının yeni uçuş-enmə zolağında pis görmə şəraitində işləmək üçün “İndra”nın ILS /DME sistemi və A-SGMCS sistemi qurulacaq. Bu texnologiya trafikin səmərəli idarə edilməsinə imkan verəcək.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş