İngilis ordusu “Brimstone II” tank əleyhinə raketlərlə silahlanır

İngilis ordusu 2013-cü ilin sonunda MBDA şirkətinin istehsalı olan “Brimstone” müasirləşdirilmiş tank əleyhinə raketlərini qəbul edəcək. Bu barədə “AzeriDefence” “Flightglobal” saytına istinadən məlumat yayıb.

“Brimstone II” adlanacaq raketlər bir sıra parametrlər üzrə sələfini üstələyəcək. Yeni raketlər hədəfin axtarışının daha dəqiq həyata keçirən sistemlə, partlamaya daha möhkəm olan döyüş başlığı və mühərriklə təchiz olunacaq.

Böyük Britaniya ordusu bu günədək MBDA-dan 500 ədəd “birinci nəsil” “Brimstone” raketini satın alıb. Böyük Britaniyanın Hərbi Hava Qüvvələrlərinin silahlanmasına daxil olan həmin raketlərin 200-ü Əfqanıstan və Liviyada istifadə olunub.

Hazırda adıçəkilən raketlər “Tornado” təyyarələrinin silahlanmasına daxildir. İstifadədə olan “Brimstone”nin uzunluğu 1,8 metr , çəkisi 48,5 kiloqram, uçuş məsafəsi 20 km-dən çoxdur.

KATEQORIYA:
Bu xəbəri paylaş