İngilis Ordusu Foxhoundu seçdi

General Dynamics Land Systems şirkətinin ortaq müəssisəsi olan Force Protection Europe Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə minaya qarşı qorumalı 100 ədəd Foxhound yüngül taktik maşının çatdırılmasına dair müqavilə bağlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə General Dynamics Land Systems şirkətinin saytında məlumat yayılıb.

Bununla da Böyük Britaniya ordusundakı Foxhound maşınlarının sayı 300-ə yüksəlmiş olacaq. Foxhound manevrliliyi ilə yanaşı şəhər şəraitində hərəkət edən qoşunların mina partlatmaları vaxtı yüksəldilmiş qorunmasını təmin edir. Foxhound maşını 4×4 təkər formuluna və V formalı şassiyə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş