İngilis Ordusu insansız nəqliyyat vasitələri alır

İngilis Ordusu insansız nəqliyyat vasitələri alır

“General Dynamics Land Systems UK” (GDLS UK) şirkəti Böyük Britaniya Ordusu ilə iki ədəd elektrik mühərrikli, 8×8 təkər formuluna malik MUTT insansız nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlayıb.

Bu barədə “AzeriDefence” GDLS UK şirkətinə istinadən məlumat verib.

Həm təkərli, həm də tırtırlı variantları olan MUTT müxtəlif ərazi şərtlərində yüklərin daşınması üçün nəzərdə tutulur. Yükdaşıma ilə yanaşı platform müxtəlif kəşfiyyat və müşahidə sistemləri ilə də təchiz oluna bilir.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Ordusu Almaniyanın “Rheinmetall Defense” şirkətindən “Mission Master – Cargo” insansız nəqliyyat vasitələri əldə edib. Hazırda daha bir – Estoniyanın MİLREM şirkətinin istehsalı olan “THeMIS” platformasının da sınaqdan keçirildiyi bildirilir.

Britaniya Ordusu “Robotic Platoon Vehicle” proqramı çərçivəsində gələcəkdə Quru Qoşunlarının və xüsusi təyinatlı bölmələri insansız nəqliyyat vasitələrlə təchiz etməyi planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş