İngilis Ordusu səkkizinci C-17 “Globemaster”inə qovuşdu

Boeing şirkəti Böyük Britaniyanın Hərbi Hava Qüvvələrlərinin sifariş verdiyi sonuncu C-17 Globemaster III hərbi-nəqliyyat təyyarəsini təhvil verib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Boeing şirkətinin saytında məlumat verilib.

Bu Böyük Britaniyanın sifariş verdiyi səkkizinci təyyarədir. C-17 təyyarələri Brize Norton bazasındakı 99-cu eskadrilya tərkibində istismar edilir.

Sifriş üzrə ilk C-17 təyyarəsi 2001-ci ildə silahlandırılmaya daxil olub və 74000 uçuş saatını başa vurub. Cari tələbləri nəzərə alaraq Böyük Britaniyanın Müdafiə Nazirliyi 2008 və 2010-cu illərdə əlavə nəqliyyat təyyarələrini sifariş verib.

Qeyd edək ki, indiyədək Boeing şirkəti tərəfindən 216 ədəd C-17 təyyarəsi istehsal edilib. Bu təyyarələr 12 ölkədə istismar edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş