İngilislər unikal protativ şarj vasitəsi istehsal edib

Böyük Britaniyanın “Power Traveller” şirkəti yeni növ protativ şarj vasitəsinin təqdimatını həyata keçirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, “Solarmonkey Adventurer” adlanan bu vasitə səhra şəraitində, yolçuluq zamanı istifadə üçün nəzərdə tutulub. Mütəxəssislər şarj vasitəsinin ölçüsünü dəyişməsələr də, tutumunu artıra biliblər.

“Solarmonkey Adventurer”nin tutumu 3500 mAh-ə qədər gücləndirilib. Bu da əvvəlkindən – 2012-ci il modelindən 1000 mAh çoxdur.

Şarj vasitəsi akkumlyator kimi 1-2 dəfə smartfon telefonu, 1-3 dəfə GPS naviqatoru və ya iPad planşeti 25 faizə qədər şarjla təmin edə bilir.

“Solarmonkey Adventurer”in korpusu möhkəm plastikadan düzəldilib. Aparat -10-dan +90 dərəcəyə qədər olan hava şəraitində işlək vəziyyətdə olur.

Protativ şarj vasitəsinin uzunluğu 170 mm, 96 mm eni, 23 mm isə qalınlığıdır. Məhsulun ümumi çəkisi isə 265 qramdır.

KATEQORIYA:
Bu xəbəri paylaş